Xəbər lenti

Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın növbəti oyunlarını keçirəcək
İdman10:53 04.11.2026

Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın növbəti oyunlarını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.

Qaynarinfo xəbər verir ki, "Sabah" əsas mərhələnin IV turunda Norveç təmsilçisi "Vikinq"in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.

Qarşılaşma "Sandnes Ulf Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. U-19 daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.

"Qarabağ" isə II təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 1:2.