
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Qaynarinfo-nun məlumatına görə, 39 yaşlı hakim İspaniyada yerli "Selta" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Xatırladaq ki, "Selta" - "Yunion" oyunu noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.