Xəbər lenti

Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat aldı
İdman13:26 03.11.2026

Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Qaynarinfo-nun məlumatına görə, 35 yaşlı hakim Belçikada yerli "Anderlext" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də keçiriləcək "Anderlext" - "Zaltsburq" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.