Xəbər lenti

Səbinə Əliyeva yenidən Ombudsman seçildi
Siyasət12:14 03.11.2026

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səbinə Əliyeva yenidən Ombudsman seçilib.

Qaynarinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü.

Namizədlər Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva idi.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir.

Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Səbinə Əliyeva bundan öncə 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdi.