Xəbər lenti

Xəstəxana direktoru işdən çıxarıldı, yeni vəzifə verildi
Ölkə09:00 03.11.2026

Xəstəxana direktoru işdən çıxarıldı, yeni vəzifə verildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leyla Nəsirova vəzifəsindən azad edilib.

Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl Beyləqan RMX-nın direktoru təyin olunan Leyla Nəsirova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Füzuli RMX-da çalışan həkim Şaiq Şükürovun təyin olunacağı gözlənilir.

Qeyd edək ki, təhvil-təslim prosesi tam yekunlaşmadığından yeni təyinatla bağlı rəsmi əmr hələ verilməyib.