
Goranboyda yolu keçmək istəyən Göygöl sakinini avtomobil vuraraq öldürüb.
Qaynarinfo xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Rəhimli-Səfikürd yolunda qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 34 yaşlı piyada, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Goranboyda baş verən digər yol qəzasında bir ailənin 5 üzvü xəsarət alıb. Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində yaralananlar xəstəxanaya çatdırılıblar.
Qəza zamanı zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, qəzaya düşənlər Goranboy rayon sakinləridir.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qaynarinfo Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.