
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevə məxsus olduğu deyilən “Respublika Diaqnostika Mərkəzi” ASC-nin yeni rəhbəri məlum olub.
Qaynarinfo-nun məlumatına görə, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsi xəstəxananın direktor müavini Azər Rəhimova həvalə olunub.
Qeyd edək ki, bu gün ASC-nin icraçı direktoru Rəşid Vəzirov əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub.
Xatırladaq ki, 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. Oqtay Şirəliyevin 3 oktyabr 2025-ci ildə vəfat etməsindən sonra səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və Rəşid Vəzirov baş direktor seçilib.
Aydın
