Xəbər lenti

Ramiz Rövşənin poeziya gecəsi keçiriləcək
Sənət17:08 02.11.2026

Ramiz Rövşənin poeziya gecəsi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq şairi Ramiz Rövşənin 80 illik yubileyinə həsr olunan poeziya gecəsi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, poeziya gecəsi dekabrın 18-də Heydər Əliyev Sarayında baş tutacaq.

Gecədə Mehriban Zəki və Xəzər Süleymanlı şairin şeirlərini səsləndirəcəklər. Bundan əlavə Ramiz Rövşənin sözlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

Eyni zamanda proqram çərçivəsində müxtəlif musiqi kompozisiyaları da təqdim olunacaq.

Bahar