Xəbər lenti

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu (FOTO)
Sənət09:53 29.10.2026

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rejissor Rüfət Əsədovun “Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olunub.

Qaynarinfo xəbər verir ki, Moskva Yəhudi İcma Mərkəzinin Amfiteatr zalında, jurnalist Yana Lyubarskayanın rəhbərlik etdiyi “Yaxşı axşam” klubunun təşkilatçılığı ilə keçirilən nümayişdə film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

İsrailin “Sholumi” Mərkəzi ilə birgə ərsəyə gətirilən ekran əsəri Azərbaycanın Oğuz şəhərində doğulmuş ravvin Şmuel Simantovun həyatından bəhs edir. Təl-Əvivdə dağ yəhudilərinin “Or Ovadia” sinaqoqunun yaradıcısı və rəhbəri olan Şmuel Simantovun həyat hekayəsi filmdə anası Batyənin fədakarlığı fonunda təqdim olunur.

Oğlunun sinaqoq tikmək arzusunu gerçəkləşdirmək naminə uzun illər ərzində topladığı bütün vəsaiti ona bağışlayan ananın bu fədakarlığı ana məhəbbətinin ucalığını, mənəvi bağlılığın gücünü və dini inancın insan həyatındakı dərin mənasını əks etdirən təsirli ekran təcəssümünü tapıb.

Filmin prodüseri “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdur.

Filmin nümayişindən sonra çıxış edən rejissor Rüfət Əsədov Azərbaycanda əsrlər boyu formalaşmış multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dini icmaların nümayəndələrinə göstərilən hörmətdən danışıb. O, vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşaması, eləcə də yəhudi xalqının mədəni irsinə ehtiram ölkənin multikultural dəyərlərinin mühüm tərkib hissəsidir.

Qeyd edək ki, “Ananın duası” filmi daha əvvəl Azərbaycanda, İsrail, Almaniya və Rusiyada nümayiş etdirilib.