
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
"Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreya mərmisinin texniki xüsusiyyətlərini və uçuş məsafəsini təhlil edir", - məlumatda deyilir.
Yaponiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, Şimali Koreya ballistik raket buraxıb, o, artıq dənizə düşüb.
Hazırkı vaxta qədər buraxılışın digər detalları açıqlanmayıb.