
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində isə qədim misirli qadın Şep-En-Horun cəsədi parça ilə örtülüb, onun sarkofaqı isə nümayişdə saxlanılıb.
"Glasgow Life" təşkilatı qərarın mərhumun və ya onun nəslinin nümayişə razılıq verdiyini təsdiqləyən sənədlərin olmaması ilə əlaqədar qəbul edildiyini bildirib. Hunterian muzeyi isə Şep-En-Horun ölümündən sonra da şəxsi məkanına və məxfiliyinə hörmət edilməli olduğunu vurğulayıb.
Hər iki muzey müvafiq müraciət daxil olacağı təqdirdə mumiyalanmış qalıqların mənşə ölkəsinə qaytarılması məsələsini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Qərar Beynəlxalq Muzeylər Şurasının (ICOM) etik kodeksinə yenidən baxılmasından sonra qəbul edilib. Həmin sənəd muzeylərə insan qalıqlarını nümayiş etdirərkən onların ləyaqətinə hörmətlə yanaşmağı tövsiyə edir. Bununla belə, Şotlandiyanın Milli Muzeyləri hazırda öz ekspozisiyalarında dəyişiklik etməyi planlaşdırmır.
Aydın