Xəbər lenti

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
Sağlamlıq10:13 28.10.2026

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə həkim-kosmetoloq İrina Troitskaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, soyuq aylarda yayda istifadə edilən yüngül gel və serumlar dərinin nəmləndirilməsi üçün kifayət etməyə bilər. Bu zaman tərkibində qliserin, hialuron turşusu, seramidlər və ya skvalan olan kremlərdən istifadə etmək məsləhətdir. Kremin yuyunduqdan sonra bir qədər nəm dəriyə çəkilməsi tövsiyə olunur.

Yağlı və sızanağa meyilli dəriyə sahib insanların nəmləndirici vasitələrdən tamamilə imtina etməsi də yanlış yanaşmadır. Kosmetoloq qeyd edib ki, dərinin həddindən artıq quruması qıcıqlanmanı artıra və səpkilərin yaranmasına şərait yarada bilər. Belə hallarda məsamələri tıxamayan, dəri tipinə uyğun vasitələr seçilməlidir.

Troitskaya isti su ilə üz yumağın qoruyucu lipidlərin daha sürətlə itirilməsinə səbəb olduğunu bildirib. Dərinin təmizlənməsi üçün ilıq su və yumşaq vasitələr kifayətdir. Üzü gündə bir neçə dəfə dəridə gərginlik hissi yaranana qədər yumaq da məsləhət görülmür.

Həkim-kosmetoloq istilik mövsümündə skrablar, turşular və ev şəraitində tətbiq olunan pilinqlərdən həddindən artıq istifadə etməməyə çağırıb. Dəridə qabıqlanma yarandıqda onu intensiv şəkildə soymaq qızartı, yanma və daha çox quruluqla nəticələnə bilər.

Mütəxəssis əlavə edib ki, quru otaq havasında təkcə nəmləndirici serumdan istifadə etmək kifayət etməyə bilər. Termal suyu üzə püskürtdükdən sonra onun tam buxarlanmasını gözləmək də uzunmüddətli nəmləndirmə təmin etmir. Bu vasitə kremi əvəz etmir.

Bundan başqa, qış aylarında günəşdən qorunmaq da vacibdir. Qar günəş şüalarını əks etdirə, retinoidlər və turşular isə dərinin günəşə həssaslığını artıra bilər. Buna görə açıq dəri sahələrinə ən azı SPF 30 göstəricili, geniş spektrli günəşdən qoruyucu vasitə tətbiq etmək tövsiyə olunur.

Aydın