Xəbər lenti

Azərbaycanda qadınların sayı kişilərdən çoxdur
Ölkə21:48 27.10.2026

Azərbaycanda qadınların sayı kişilərdən çoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin ümumi sayı 10 milyon 262.4 min nəfər təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatında göstərilib.

Azərbaycanda qadınların sayı kişilərdən çoxdur - Foto

Əhalinin cins bölgüsünə əsasən, ölkədə 5 milyon 154.2 min qadın və 5 milyon 108.2 min kişi yaşayır. Beləliklə, qadınların sayı kişilərdən 46 min nəfər çoxdur.

Yaş qrupları üzrə bölgüdə ən yüksək göstəricilər ortayaşlı əhali arasında qeydə alınır. Qrafikə əsasən, 30-39 yaş qrupunda həm qadınların, həm də kişilərin payı yüksəkdir.

Yaşlı əhali qruplarında isə qadınların sayı kişilərin sayını üstələyir. Xüsusilə 70 yaşdan yuxarı qruplarda bu fərq daha aydın görünür.

Göstəricilər Azərbaycanda əhalinin cins tərkibinin fərqli yaş qrupları üzrə dəyişdiyini nümayiş etdirir.