Xəbər lenti

"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
Maqazin17:38 27.10.2026

"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“People” jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada “Pitt xəstəxanası” serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb.

Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub.

Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesab edib və belə bir şərəfə layiq görüləcəyini heç vaxt düşünməyib. Onun sözlərinə görə, həyat yoldaşı Sara bu qərarın gerçək olduğuna inanmasına kömək edib. Sara ərinin həm insan, həm ata, həm də həyat yoldaşı kimi bu ada layiq olduğunu deyib və mükafatın onun zövqünün nə qədər yaxşı olduğunu təsdiqlədiyini zarafatla vurğulayıb.

Aktyorun 24 yaşlı oğlu Ouen isə atasının yeni statusuna yumorla yanaşıb. O, bu titulun atasına daha çox diqqət və tənqidçi qazandıracağını söyləyib. Uayli də bundan sonra dostlarının və yaxınlarının çoxsaylı zarafatlarına hazır olmalı olduğunu bildirib.

Nəşr xatırladır ki, Noa Uayli 1990-cı illərdə də “People” jurnalının diqqət mərkəzində olub. Həmin vaxt o, Corc Kluni, Entoni Edvards və Erik La Salle ilə birlikdə “Təcili yardım” serialının aktyorlarına həsr olunmuş “Seksual kişilər” adlı üz qabığında yer alıb. Sonradan Kluni iki dəfə “İlin ən seksual kişisi” titulunu qazanıb.

Aydın