
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib.
O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:
“Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardımla özəl xəstəxanaların birinə yerləşdirildim. İki gün qaldım. Xəstəxana xərcləri baha olduğundan qala bilmədim, məcbur olub yarımçıq çıxdım. İndi evdəyəm, hələ özümə gələ bilməmişəm”.
Naibə Allahverdiyeva müalicəsini ev şəraitində davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, iki gün əvvəl Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. Aktrisa yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.
Bahar Rüstəmli