Xəbər lenti

FİFA U-15: Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazandı
İdman12:40 26.10.2026

FİFA U-15: Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

Qaynarinfo xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda İsrail yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız turnirdə bundan əvvəl Timor-Leste seçməsini 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub.

Yığma son görüşdə Haiti seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.