Xəbər lenti

Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
İdman23:18 25.10.2026

Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Sənan Süleymanovun növbəti hədəfi olimpiya çempionu olmaqdır.

Qaynarinfo xəbər verir ki, dünya çempionu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Dünya çempionu olmağı çoxdan arzulayırdım. Bu hissi sözlərlə ifadə edə bilmirəm. Uzun illərdir, heç kimin bilmədiyi, görmədiyi o qədər əziyyət, zəhmət çəkmişəm, zədələrim olub. Formada olduğum vaxtlar dəfələrlə məğlub olmuşam, amma həvəsdən düşməmişəm. Bu gün isə dünya çempionu oldum. Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq. Mən əminəm ki, Allahın izni ilə növbəti olimpiadada öz hədəfimə nail olacağam", - S. Süleymanov deyib.