Xəbər lenti

Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?(VİDEO)
Ölkə23:26 25.10.2026

Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?(VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Payız mövsümünün gəlməsi ilə avtomobil bazarında durğunluq yaşanır.

Qaynarinfo Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, alıcıların azalmasına baxmayaraq, qiymətlərdə ciddi dəyişiklik yoxdur.

Maşın almaq istəyənlərin əsas seçimi isə mühərriki kiçik, yanacağa qənaət edən və daha çox çin istehsalı olan avtomobillərdir.

Hazırda avtomobil bazarında satıcı çox, alıcı isə çox azdır.

Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Xüsusilə payızın gəlişindən sonra bazarda alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.

Satıcılar deyirlər ki, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur. Alıcı az olsa da, avtomobil sahibləri qiymətləri kəskin endirməyə tələsmirlər. Belə vəziyyətdə bazarda əsas sual budur: alıcılar hansı avtomobilləri axtarırlar?

Bazarda olan azsaylı alıcıların bir qismi geniş salona və çətin hava şəraitində istifadəyə uyğun avtomobillərə üstünlük verir.

Alıcılar seçim edərkən daha çox yanacaq sərfiyyatını, avtomobilin saxlanma xərcini və qiymətini nəzərə alırlar. Satıcılar hesab edirlər ki, Yeni il öncəsi bazarda nisbətən də olsa canlanma ola bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.