Xəbər lenti

FİFA U-15: Azərbaycan millisindən üçüncü qələbə
İdman20:26 25.10.2026

FİFA U-15: Azərbaycan millisindən üçüncü qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti görüşünü keçirib.

Qaynarinfo-nun məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Avstraliya ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib.

Milli oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.