
Həftəsonu restorana üz tutanlardan bəzən depozit olaraq hər bir nəfər üçün ayrıca 100 manatadək ödəniş tələb olunur. Vətəndaşlar son zamanlar belə hallarla tez-tez rastlaşdıqlarını deyirlər. Hətta həftəsonu tələbat çox olduğundan qiymətlər daha da artırılır.
Xezerxeber.az xəbər verir ki, iqtisadçıların sözlərinə görə, restoranlar depozit məbləğini müəyyən etməkdə sərbəstdirlər. Lakin vətəndaşların bu cür məkanlara üz tutmaqdan imtina etməsi müəssisələrin müştəri itirməsinə, hətta iflasa uğramasına səbəb ola bilər.
Eyni zamanda, depozit məbləği və ödəniş şərtləri barədə müştərilərə əvvəlcədən ətraflı məlumat verilməsi vacibdir.