Xəbər lenti

Tarixi binanın təmirinə 2,8 milyon ayrıldı
Ekonomiks20:07 24.10.2026

Tarixi binanın təmirinə 2,8 milyon ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satın alınması üzrə tender elan edib.

Qaynarinfo Trend-ə istinadla xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 2,796 milyon manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 17 noyabr saat 18:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 17 noyabr saat 18:00-da (GMT+4) keçiriləcək.