
Almaniyada Mayn çayı yaxınlığındakı meşədə tardiqradların (Platicrista angustata) nadir növü aşkar edilib. Bu mikroskopik canlılar qeyri-adi yaşama qabiliyyəti və ekstremal şəraitə davamlılığı ilə seçilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Zielona INTERIA” nəşri məlumat yayıb.
Aşkarlanan növ bir çox tardiqradlardan fərqli olaraq suda deyil, meşə mamırları və şibyələr üzərində yaşayır. Tardiqradlar çətin şəraitdə sağ qalmağa imkan verən kriptobioz adlı metabolik vəziyyətə keçə bilirlər. Bu zaman onların həyat fəaliyyəti kəskin şəkildə zəifləyir. Su çatışmazlığı, oksigenin azlığı və ekstremal temperatur belə vəziyyətə səbəb ola bilər.
Nəşrin məlumatına görə, bəzi tardiqrad növləri çox aşağı və yüksək temperaturlara, güclü təzyiqə və radiasiyaya dözümlülükləri ilə tanınır. Onların müəyyən şəraitdə vakuumda da sağ qala bilməsi kosmosda həyatın öyrənilməsi baxımından elmi maraq doğurur.
Bununla belə, tardiqradların bütün növləri eyni dərəcədə davamlı deyil. Onların ekstremal şəraitə dözümlülüyü növdən, ətraf mühitdən və təsirin müddətindən asılıdır. Buna görə də bu canlıların nüvə müharibəsindən və istənilən səviyyədə istidən mütləq sağ çıxacağını söyləmək düzgün olmaz.
Aydın