
Sumqayıtda iridiametrli su kəməri partlayıb, küçəni, evlərin həyətlərini su basıb.
Qaynarinfo Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyiblər ki, bəzi fərdi yaşayış evlərinin zirzəmiləri ilə yanaşı, otaqlarına da su dolub.
Qəza barədə məlumat daxil olan kimi aidiyyəti qurumların qəza-bərpa briqadaları hadisə yerinə cəlb olunub.
Hazırda ərazidə suyun axınının qarşısının alınması və borunun bərpası istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.