Xəbər lenti

Samir Şərifov : FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
İdman19:43 24.10.2026

Samir Şərifov : FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Təşkilat Komitəsi adından bu tarixi hadisədə – FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir.

Qaynarinfo xəbər verir ki, bu sözləri U-15 dünya çempionatı və festivalının Təşkilat Komitəsinin sədri Samir Şərifov deyib.

“Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən sonsuz qürur duyur. Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular böyük şərəfə nail olublar: onlar öz ölkələrini dünya çempionatı səhnəsində təmsil edirlər. FIFA-nın və prezident Canni İnfantinonun bu gələcəyə hesablanmış təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”, – deyə S. Şərifov bildirib.