Xəbər lenti

Cənubi afrikalı yazıçı süni intellektlə 20 ayda 370 kitab nəşr edib
Texnologiya15:39 24.10.2026

Cənubi afrikalı yazıçı süni intellektlə 20 ayda 370 kitab nəşr edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Afrikadan olan yazıçı süni intellektin köməyi ilə cəmi 20 ay ərzində 370-dən çox kitab nəşr etdiyini və bundan 1 milyon dollardan artıq gəlir əldə etdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, “Coral Hart” təxəllüsü ilə yazan Keyptaun sakini 2025-ci ilin fevralından etibarən süni intellektdən istifadə etməyə başlayıb. Əsl adını gizli saxlayan müəllif bundan əvvəl 14 il nəşriyyat sahəsində çalışıb və onlarla kitabı ənənəvi üsulla yazıb.

Onun sözlərinə görə, əvvəlcə süni intellekt modellərindən istifadə etməyi öyrənib və kitab hazırlamaq üçün xüsusi sistem yaradıb. Yazıçı süjet, personajlar və üslubu əvvəlcədən müəyyənləşdirir, fəsillər üzrə plan hazırlayır, daha sonra isə mətnin ilkin variantını süni intellekt vasitəsilə yaradır.

Müəllif bu prosesdə ChatGPT, Claude və Grok kimi müxtəlif süni intellekt alətlərindən istifadə etdiyini bildirib. İlkin mətn daha sonra süni intellekt əsaslı proqramlarla redaktə edilir, son mərhələdə isə insan redaktoru məzmunu yoxlayır, detalları dəqiqləşdirir və bəzi hissələri yenidən yazır.

Onun hazırladığı əsərlərdən biri “Amazon”un ən çox satılan 100 kitabı sırasına daxil olub. Yazıçının iddiasına görə, 371 kitabı ümumilikdə 1 milyondan çox nüsxə satıb və yalnız 2026-cı ildə 1 milyon dollardan artıq gəlir gətirib.

Lakin onun fəaliyyəti ciddi tənqidlərə də səbəb olub. Əsas narazılıq oxuculara kitabların hazırlanmasında süni intellektdən istifadə edildiyinin bildirilməməsi ilə bağlıdır. Yazıçı isə tənqidlərə baxmayaraq fəaliyyətini davam etdirir və müəlliflər üçün süni intellekt əsaslı “Autorythm” adlı proqram hazırlamağa hazırlaşır.

Aydın