Xəbər lenti

Bakıda biznes mübahisəsi qanlı davaya çevrildi - 9 nəfər tutuldu
Ölkə11:59 24.10.2026

Bakıda biznes mübahisəsi qanlı davaya çevrildi - 9 nəfər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin isə bıçaqlanması ilə nəticələnən kütləvi dava ilə bağlı 9 nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hazırda hadisənin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Həmin şəxsin hadisədən sonra könüllü olaraq polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlədiblər.

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.