
"Qarabağ bülbülləri"nin üzvü Araz Hüseynovun (Ağdamlı) səhhətində irəliləyiş var.
Bunu Qaynarinfo-ya açıqlamasında xanəndənin həyat yoldaşı Xatirə Əliyeva deyib.
O bildirib ki, Araz Hüseynov artıq reanimasiyadan palataya köçürülüb:
"Çox zəifdir, hələ özünə tam gəlməyib. Amma şükürlər olsun ki, Araz həyatdadır. Müalicəsi palatada davam edir. İnanıram ki, onu buradan sağ-salamat evə aparacağıq və yenə əvvəlki kimi səhnədə olacaq".
Qeyd edək ki, “Qarabağ bülbülləri” ansamblının digər üzvlərindən olan xanəndə Araz Hüseynov oktyabrın 2-də infarkt keçirib.
Bahar Rüstəmli