
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən Presidio Terrace məhəlləsi Hellouin bayramı öncəsi qeyri-adi və qorxulu dekorasiyaları ilə diqqət mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, məhəllə sakinləri bayram ərəfəsində evlərinin fasadlarını və həyətlərini xüsusi bəzəklərlə hazırlayıblar. Qorxulu fiqurlar və fərqli dizaynlar küçələrə həm vahiməli, həm də əyləncəli görünüş verib.
Hellouin yaxınlaşdıqca məhəllədə bayram ab-havası daha da güclənib. Evlərin qarşısında nümayiş etdirilən dekorasiyalar ərazinin adi görünüşünü dəyişərək küçələrə qeyri-adi mənzərə bəxş edib.
Sakinlərin hazırladığı fərqli bəzəklər həm yerli sakinlərin, həm də ərazidən keçənlərin diqqətini cəlb edir. Gündüz maraqlı görünən dekorasiyaların qaranlıq düşəndən sonra daha qorxulu atmosfer yaratdığı bildirilir.
Qeyd edək ki, Hellouin hər il oktyabrın 31-də qeyd olunur. Bayram ərəfəsində evlərin və küçələrin qorxulu fiqurlar, balqabaqlar və müxtəlif tematik bəzəklərlə dekorasiyası geniş yayılmış ənənələrdəndir.
Aydın