Xəbər lenti

"Nefahim"  MMC gömrük qaydasını pozdu - Cərimə olundu
Ekonomiks18:30 23.10.2026

"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nefahim” MMC gömrük bəyannaməsini vaxtında təqdim etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimələnib.

Məhkəmə materiallarına əsasən, şirkətin ünvanına göndərilən “təbii qaz kondensatı” yükü “Yalama” gömrük postundan keçməklə Azərbaycana gətirilib. Lakin yükə dair gömrük bəyannaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməyib.

Gömrük Məcəlləsinə əsasən, ölkəyə gətirilən mallara dair gömrük bəyannaməsi müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir.

Məhkəmə iş materiallarını araşdırdıqdan sonra “Nefahim” MMC-nin inzibati xəta törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib və şirkətə 300 manat cərimə tətbiq edib.

Qeyd edək ki, “Nefahim” MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır. Hüquqi ünvanı Abşeron rayonu, Şəfəq qəsəbəsi, Pirəkəşkül kəndi, AZ0100 ünvanıdır. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Dəyanət Hüseynli Ədalət oğludur.

Aydın