Xəbər lenti

Taleh Kazımov Mərkəzi Bankda yeni direktor təyin etdi
Ekonomiks17:17 23.10.2026

Taleh Kazımov Mərkəzi Bankda yeni direktor təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib.