Xəbər lenti

Yeni Amerika təyyarəsi G400 sürət rekordu müəyyənləşdirdi
Texnologiya18:18 23.10.2026

Yeni Amerika təyyarəsi G400 sürət rekordu müəyyənləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gulfstream” şirkətinin üç eksperimental G400 təyyarəsindən biri iki şəhər arasında uçuş zamanı yeni sürət rekordu müəyyənləşdirib. Təyyarə Mayamidən Las-Veqasa 4 saat 8 dəqiqəyə çatıb. Uçuş zamanı orta sürət 0,89 Maxa, yəni təxminən 1 090 km/saata bərabər olub.

Qaynarinfo xəbər verir ki, bu barədə istehsalçı şirkət öz rəsmi saytında məlumat yayıb.

“Gulfstream” həmçinin G400 təyyarəsinin tam təchiz olunmuş salonla ilk uçuşunu həyata keçirdiyini bildirib.

“Tam təchiz olunmuş salonla G400 təyyarəmizin ilk uçuşu və son sürət rekordu proqram üzərində sistemli işin, təcrübənin və dinamik inkişafın göstəricisidir”, deyə “Gulfstream” şirkətinin prezidenti Mark Börns bildirib.

Eksperimental G400 təyyarəsi və onun salonunun maketi bu yaxınlarda keçirilən NBAA-BACE aviasiya sərgisində nümayiş etdirilib. Sürət rekordu da məhz sərgiyə gedərkən qeydə alınıb. Təyyarə sərgidə “Gulfstream G700” və “Gulfstream G800” ultra uzaqmənzilli modelləri ilə birlikdə təqdim olunub.

G400 haqqında əsas məlumatlar

“Gulfstream” G400 modelini 2021-ci ildə təqdim edib. Təyyarə öz sinfində geniş salona malik, son on ildən artıq müddətdə hazırlanmış ilk yeni model kimi mövqeləndirilir.

G400 şirkətin mövcud modellərindən heç birini əvəz etməyəcək. O, gələcəkdə G300 modeli ilə əvəzlənməsi nəzərdə tutulan G280 ilə geniş salonlu G500 və G600 təyyarələri arasında yer alacaq.

G400-ün kataloq qiymətinin təxminən 34,5 milyon dollar olacağı bildirilir.

Təyyarənin uçuş göstəriciləri belədir:
- Uzaqmənzilli kruiz sürəti: 0,85 Max.
- Bu sürətlə uçuş məsafəsi: 4 200 dəniz mili, yaxud təxminən 7 778 kilometr.
- Artırılmış kruiz sürəti: 0,88 Max.
- Bu sürətlə uçuş məsafəsi: 3 950 dəniz mili, yaxud 7 315 kilometr.
- Maksimal sürət: 0,90 Max.

Bu göstəricilər G400-ə Nyu-Yorkdan Cenevrəyə və ya Mayamidən San-Pauluya yanacaq doldurmaq üçün eniş etmədən uçmağa imkan verəcək.

Salonun bir neçə konfiqurasiyası nəzərdə tutulub: 9, 11 və ya 12 sərnişin üçün. Həmçinin beş nəfər üçün yataq yerləri təşkil etmək mümkün olacaq.

Təyyarənin əsas xüsusiyyətləri arasında havanın təmizlənməsi sistemi və panoramik mənzərəni təmin edən 10 iri oval pəncərə də var.

Aydın