Xəbər lenti

Göyçayda 26 min manatlıq oğurluq edildi, kürəkən və qayınata tutuldu (VİDEO)
Ölkə16:42 23.10.2026

Göyçayda 26 min manatlıq oğurluq edildi, kürəkən və qayınata tutuldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayıblar.

Polisin keçirdiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.