Xəbər lenti

"Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü
Ölkə14:44 23.10.2026

"Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağstafa şəhərində yerləşən "Kolxoz bazarı"nda dava salaraq bıçaqla xəsarət yetirən şəxsə şərti cəza verilib.

Qaynarinfo-nun məlumatına görə, 1971-ci il təvəllüdlü, Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini Yaqub Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib. O, 2 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzası şərti hesab olunaraq 3 il sınaq müddəti müəyyənləşdirilib.

Məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə bazarda baş verib. Toyuq-cücə alveri ilə məşğul olan Yaqub qaz balalarının satışı üstündə yaranan mübahisə zamanı Almas İbrahimova Fərrux qızını və onun gəlini İradə Bəxtiyarova Hüseyn qızını nalayiq ifadələrlə təhqir edib. Hər iki qadın Ağstafa şəhərindəki “Kolxoz bazarı”nda toyuq satışı ilə məşğul olub.

İradə Bəxtiyarovanın səhhəti pisləşdiyindən hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaqub isə həkimin xəstəyə yardım göstərməsinə mane olub və onu da təhqir edib.

Bu zaman bazarda elektrik alətlərinin təmiri ilə məşğul olan Yusif İmanyev Qalib oğlu Yaquba irad bildirib və onu sakitləşməyə çağırıb. Buna cavab olaraq Yaqub onu bıçaqlamaqla hədələyib, daha sonra bıçaqla hücum edərək qolundan və ayaqlarından xəsarətlər yetirib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirilib.

Yaqub məhkəmədə özünü təqsirli bilib və peşman olduğunu deyib. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirib. Yusif İmanyev də Yaqubdan şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmə Yaqubun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təsnif edib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsa da, cəza 3 il sınaq müddəti ilə şərti tətbiq edilib.

Aydın