
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda yerləşən özəl mədəndə metan qazının partlaması nəticəsində iki işçi həlak olub, beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, hadisə oktyabrın 23-də Kilimli rayonunun Gelik qəsəbəsindəki mədən ocağında baş verib.
Partlayış nəticəsində ümumilikdə yeddi mədən işçisinin öldüyü və ya yaralandığı bildirilir. Hadisə yerindəki vəziyyət və zərərçəkənlərin kimliyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Partlayışın dəqiq səbəbi məlum deyil. Hadisənin başvermə şəraiti və mədəndəki təhlükəsizlik vəziyyəti ilə bağlı araşdırmaların nəticələrinin açıqlanması gözlənilir.
Aydın