Xəbər lenti

Zelenski müsahibə zamanı ağladı
Dünya23:52 22.10.2026

Zelenski müsahibə zamanı ağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı iş adamı və teleaparıcı Stiven Bartlettə müsahibə verib. Zelenski söhbət zamanı yuxusuzluq problemindən gileylənib və emosional anlar yaşayıb.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, Stiven Bartlett bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sözügedən epizod gözlənilən müsahibənin anons videoçarxına daxil edilib. Sezar pizza

Müsahibə zamanı aparıcı ukraynalı siyasətçidən mövcud vəziyyətlə necə bacardığını soruşub. Cavabında Zelenski son dərəcə ağır dövrdən keçdiyini vurğulayıb:

"Bu, çox çətindir. Səmimi olacağam: mən yatmıram. Bu, heç kimə arzulamadığım dəhşətli, dözülməz bir ağrıdır", - deyə Ukrayna lideri bildirib.

Bu sözlərdən sonra Bartlett Zelenskinin gözlərinin yaşardığına diqqət çəkib. Ukrayna prezidenti isə onun sözlərini qısaca "Bəli" deyərək təsdiqləyib.