Xəbər lenti

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
Ölkə23:22 22.10.2026

Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.