Xəbər lenti

Xalq artistinin vəziyyəti ağır olaraq qalır
Ölkə22:29 22.10.2026

Xalq artistinin vəziyyəti ağır olaraq qalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bir müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Z.Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub. Daha öncə də dəfələrlə klinikaya yerləşdirilən sənətçinin sonuncu dəfə oktyabrın 14-də vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb.