Xəbər lenti

Xəyanətlə başlayan münasibət: Keçmiş həyat yoldaşları nişanlandı (FOTO)
Maqazin21:39 22.10.2026

Xəyanətlə başlayan münasibət: Keçmiş həyat yoldaşları nişanlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da qalmaqallı münasibətləri ilə gündəmə gələn televiziya aparıcıları Ami Robax və T.J. Holmesun keçmiş həyat yoldaşları Endryu Şue və Marili Fyebiq nişanlanıblar.

Qaynarinfo xəbər verir ki, Şue və Fyebiq 2023-cü ildə keçmiş həyat yoldaşlarının münasibətinin üzə çıxmasından sonra bir-birinə yaxınlaşıblar. Hər iki tərəfin həmin dövrdə evli olduğu Robax və Holmesun münasibəti 2022-ci ilin noyabrında ictimaiyyətə məlum olub.

Bundan sonra Şue və Fyebiq yaşadıqları xəyanətin yaratdığı çətinliklər fonunda bir-birinə dəstək olmağa başlayıblar. Zamanla dostluqları münasibətə çevrilib. Onlar daha əvvəl verdikləri açıqlamalarda bildiriblər ki, keçmiş həyat yoldaşlarının xəyanəti olmasaydı, aralarındakı sevgi münasibəti də yaranmazdı.

59 yaşlı Endryu Şue nişan xəbərini “People” jurnalına təsdiqləyərək üç illik münasibətdən sonra Fyebiqlə evlənmək qərarına gəldiklərini açıqlayıb. O, 48 yaşlı Marili Fyebiqlə tanışlığını həyatında “möhtəşəm bir hədiyyə” kimi qiymətləndirib.

Bu arada Ami Robax və T.J. Holmes da münasibətlərini davam etdirərək sentyabrın 19-da ABŞ-ın Arkanzas ştatında keçirilən özəl mərasimdə evləniblər. Onların münasibəti üzə çıxdıqdan sonra hər iki aparıcı 2023-cü ilin yanvarında çalışdıqları səhər proqramından uzaqlaşdırılmışdı.

Holmes daha sonra münasibətlərinin ictimaiyyət tərəfindən “xəyanət” kimi təqdim edilməsinin doğru olmadığını iddia edib. O, Robaxla bir araya gəldikləri vaxt hər ikisinin artıq boşanma prosesində olduğunu bildirib.

Aydın