Xəbər lenti

Ceyran Haşımova varisini açıqladı
Maqazin16:51 20.10.2026

Ceyran Haşımova varisini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib.

Haşımova bu barədə “MTV maqazin”də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:

“Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğın düşməsin. Mən də vəsiyyət etmişəm ki, ölümdən sonra evim və nəyim varsa nəvəm Miraşın olsun” deyə, C.Haşımova bildirib.

Qeyd edək ki, proqramın aparıcısı müğənni Lətifədir.//Axşam.az