Xəbər lenti

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur
Maqazin13:38 20.10.2026

Cennifer Lopezin həmkarı ilə yeni eşq yaşadığı iddia olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı müğənni və aktrisa Cennifer Lopezin həmkarı ilə romantik münasibətə başladığı barədə xəbərlər yayılıb. İddialara görə, 57 yaşlı ulduz “Netflix” platforması üçün çəkilən “Ofis romanı” filmindəki tərəf-müqabili, 46 yaşlı aktyor Bret Qoldşteynlə görüşür.

Qaynarinfo xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb. Nəşrin mənbələri birgə çəkilişlərdən sonra aktyorlar arasında münasibətlərin daha yaxın xarakter aldığını iddia ediblər.

Məlumata görə, Lopez və Qoldşteyn bir neçə gün əvvəl Los-Ancelesdə keçirilən məclislərdən birinə qatılıblar. Onlar tədbirə ayrı-ayrılıqda gəlsələr də, məkanı birlikdə tərk ediblər.

Bununla belə, hər iki məşhur arasında romantik münasibət olduğu barədə xəbərləri təkzib edir. Cennifer Lopez daha əvvəl Qoldşteynin öpüşməkdə ən yaxşı həmkarlarından biri olduğunu söyləyib.

Qeyd edək ki, Lopez Ben Afflekdən ayrıldıqdan sonra həyatında yeni mərhələnin başladığını və özünü həqiqətən xoşbəxt hiss etdiyini açıqlamışdı.

Aydın