
Rusiyadan Avropanın Rusiya ilə həmsərhəd ölkələrinə, o cümlədən NATO üzvü Finlandiyaya ayıların miqrasiyası müşahidə olunur. Mütəxəssislər bunu əsasən qida axtarışı və çoxalma üçün yeni ərazilərə ehtiyacla əlaqələndirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Finlandiyanın şərqində ayıların yaşayış məntəqələrinin yaxınlığında görünməsi halları artıb. Zooloqların fikrincə, bu prosesə yetkin erkək ayıların yeni ərazilərə yayılması da təsir göstərir. Böyüyən ayılar daha güclü fərdlərlə rəqabətdən yayınmaq üçün əvvəlki məskunlaşma yerlərini tərk edirlər.
Zooloq Mixail Kreçmar bildirib ki, qonur ayılar dövlət sərhədlərini tanımır və meşələrdə sərbəst hərəkət edirlər. Onun sözlərinə görə, heyvanlar üçün ərazilərin Rusiya və ya Finlandiyaya aid olması əhəmiyyət daşımır.
Aydın