
Niderland taxtının vəliəhdi, Oranlı Amaliya ölkənin silahlı qüvvələrində serjant rütbəsinə yüksəlib. Rütbənin verilməsi mərasimi üç dirəkli “Statsraad Lehmkuhl” gəmisində keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Niderland kral ailəsinin mətbuat xidməti məlumat yayıb.
Amaliya 2025-ci ildən Niderland Müdafiə Nazirliyinin akademiyasına bağlı kollecdə təhsil alır. Bu müddət ərzində o, Müdafiə Nazirliyinin mərkəzi aparatında və Kral Hərbi Hava Qüvvələrində təcrübə keçib.
Sentyabr ayından etibarən şahzadə hərbi dəniz qüvvələrində xidmətə başlayıb. Serjant rütbəsini almamışdan əvvəl o, 1914-cü ildə inşa edilmiş Norveç yelkənli gəmisi “Statsraad Lehmkuhl”da ilk səfərində iştirak edib.
Amaliya Niderland kral ailəsində hərbi xidmətə başlayan ilk qadın kimi tarixə düşüb. O, bundan əvvəl Amsterdam Universitetində siyasət, psixologiya, hüquq və iqtisadiyyat sahələrini birləşdirən PPLE proqramı üzrə bakalavr təhsili alıb.
Şahzadə diplom işində Avropa hüququ kontekstində deepfake texnologiyalarından istifadə məsələsini araşdırıb.
Aydın