Xəbər lenti

Musa Yaqubun "Gül bağçası" kitabının təqdimatı keçiriləcək
Sənət15:25 19.10.2026

Musa Yaqubun "Gül bağçası" kitabının təqdimatı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərhum Xalq şairi Musa Yaqubun uşaqlar üçün yazdığı şeirləri bir araya gətirən “Gül bağçası” kitabının təqdimat mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, təqdimat oktyabrın 22-də Bakı Ekspo Mərkəzində baş tutacaq.

Tədbir çərçivəsində böyük şairin zəngin poetik irsi, yaradıcılığının özünəməxsus cəhətləri və Azərbaycan ədəbiyyatında qoyduğu izlər barədə çıxışlar ediləcək.

Həmçinin Musa Yaqubla bağlı xatirələr bölüşüləcək, onun poeziyasından seçilmiş nümunələr səsləndiriləcək.

Təqdimatın təşkilatçıları bu münasibətlə Musa Yaqubun poeziyasını sevənləri mərasimdə iştirak etməyə dəvət ediblər.