
Əməkdar artist, rejissor və aktyor Sərvər Əliyev Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilə yollarını ayırıb.
Bu barədə sənətçi Qaynarinfo-ya açıqlamasında məlumat verib.
Rejissor Dərbənd teatrından ayrılmasının səbəblərini açıqlayıb:
"Tək yaşamaq olmur, qərara gəldim ki, Vətənə dönüm. Yaşlaşdıqca yemək hazırlamaq problemə çevrilir. Hamı burada, mən orada tək. Qərara gəldim ki, qəribliklə vidalaşım, onların da narahatlığına son qoyum. Qalan ömrümü ailəmlə keçirim. Hazırda Bakıdayam".
Sərvər Əliyev Azərbaycanda yeni işlə təmin olunmaq üçün Mədəniyyət Nazirliyinə müraciət etdiyini bildirib:
"Gözləyirəm, artıq yaradıcılığımı Azərbaycanda davam etdirəcəyəm".
Qeyd edək ki, Sərvər Əliyev 2024-cü ilin iyulunda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Teatrdakı fəaliyyəti dövründə yaradıcılıq uğurlarına görə 2026-cı ildə Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Bahar Rüstəmli

