
Kiyevin "Dinamo" klubunun və futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub.
Qaynarinf-nun Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə futbolçunun həyat yoldaşı Vera özünün "Facebook" səhifəsində məlumat verib.
Futbolçu bir ildən çoxdur ki, döyüşlərdə itkin düşmüş hesab edilirdi və DNT testi onun ölümünü təsdiqləyib.
Qeyd edilir ki, Roman Maksimyuk 2022-ci ilin payızında Ukrayna Müdafiə Qüvvələrinə qoşulub, bundan əvvəl isə xeyriyyə futbol turnirləri təşkil edərək orduya dəstək olub.
Futbolçu 30 yanvar 2025-ci ildə Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdü.
Roman Maksimyuk, həmçinin "Volın" və "Dnepr" klublarında da oynayıb.

