Xəbər lenti

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
İdman09:30 17.10.2026

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının VIII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.

Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlub olmayan iki komandadan biridir.

Hazırda turnir cədvəlinə başçılıq edən "Neftçi" uğurlu seriyanı davam etdirməyə çalışacaq. "Ağ-qaralar" sonuncu dəfə 5 tur əvvəl məğlubiyyətlə üzləşib.

Turun mərkəzi matçı saat 19:00-da start götürəcək.

Günün ilk oyununda isə "Qəbələ" "Sabah"la münasibətlərə aydınlıq gətirəcək. 4 gün əvvəl Çempionlar Liqasının əsas mərhələsində "Slaviya"ya (Çexiya) qalib gələn son çempion bu dəfə bölgə kollektivinin müqavimətini qırmağa çalışacaq.

Cari mövsüm cəmi 1 qələbəsi olan "qırmızı-qaralar" isə sürpriz nəticəyə ümid edir. Qəbələ şəhər stadionundakı bu oyun saat 16:00-da başlayacaq.

Turnir cədvəlinə 16 xalla "Neftçi" başçılıq edir. Eyni xala malik iki komanda - "Sabah" və "Qarabağ" kollektivləri müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. 4 xala malik "Qəbələ" isə onuncudur.

Misli Premyer Liqası

I dövrə, VIII tur

17 oktyabr

16:00. "Qəbələ" – "Sabah"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.

VAR: Rəşad Əhmədov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" – "Neftçi"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.

VAR: Əli Əliyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Erkin Hüsyenov.

Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.