
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq.
Qaynarinfo xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda yarımfinalda Rumıniya millisinə 0:2 hesabı ilə uduzub.
Azərbaycan yığması üçüncü yer uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya (hər ikisi 4:2) və Slovakiyanı (3:2) üstələyib, Rumıniya ilə heç-heçə (3:3) edib.
