Xəbər lenti

Minifutbol üzrə U-23 millimiz dünya çempionatında yarımfinal matçına çıxacaq
İdman09:38 16.10.2026

Minifutbol üzrə U-23 millimiz dünya çempionatında yarımfinal matçına çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün yarımfinal matçına çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:15-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.