Xəbər lenti

Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərclənəcək
Ekonomiks08:55 16.10.2026

Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərclənəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2027-2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 24,1 % təşkil edəcək.