Xəbər lenti

Çempionlar Liqası: 9 oyunda 46 qol vuruldu
İdman01:13 15.10.2026

Çempionlar Liqası: 9 oyunda 46 qol vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Çempionlar Liqasının ümumi mərhələsində II turun növbəti oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, turun ikinci oyun günündə doqquz qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda Fransanın PSJ klubu səfərdə İngiltərənin "Mançester Siti" komandasını 4:2 hesabı ilə məğlub edib. İspaniyanın "Real" klubu isə səfərdə İtaliyanın "Roma" komandasına qarşı əzmkar qələbə qazanıb. Madrid təmsilçisi yeddi dəqiqə ərzində üç qol vuraraq 4:3 hesablı qələbəyə sevinib.

İngiltərənin "Liverpul" komandası da məhsuldar qarşılaşmada Avstriyanın LASK klubunu 6:3 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası

Ümumi mərhələ, II tur

14 oktyabr

"Feyenoord" (Niderland) – "Komo" (İtaliya) – 3:2

LASK (Avstriya) – "Liverpul" (İngiltərə) – 3:6

"Roma" (İtaliya) – "Real" (İspaniya) – 3:4

"Aston Villa" (İngiltərə) – "Fənərbağça" (Türkiyə) – 6:0

"Betis" (İspaniya) – "Portu" (Portuqaliya) – 3:2

"Budyo-Qlimt" (Norveç) – "Borussiya Dortmund" (Almaniya) – 1:0

"Mançester Siti" (İngiltərə) – PSJ (Fransa) – 2:4

"Şaxtyor" (Donetsk, Ukrayna) – AEK (Afina, Yunanıstan) – 3:1

"Slovan" (Bratislava, Slovakiya) – "Ştutqart" (Almaniya) – 0:3